Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın bölgə müxbirinə verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakini, Şükür Vəliyev şəhər ərazisində saxlanılaraq, Kəpəz RPİ-nə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd kağız bükümdə 7.85 qram narkotik vasitə olan "heroin” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, Ş. Vəliyevin şəhər ərazisindəki mənzilə baxış keçirilib. Baxış zamanı mənzilin zirzəmisindən sellofan torbada çəkisi 130.78 qram narkotik vasitə olan "heroin” aşkar edilərək götürülüb. Faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
“McDonalds Azərbaycan” işçiləri istismar edir
14.05.2024, 11:33 / HADİSƏ -
Mingəçevirdə insanların istirahət etdiyi parkda avtoxuliqanlıq edən sürücü həbs olunub
13.05.2024, 10:55 / Özəl, HADİSƏ, SOSİAL -
Sahil Babayevin geyiminin qiyməti AÇIQLANDI
10.05.2024, 16:39 / HADİSƏ -
Qanunsuz şans oyunlarında növbəti dələduzluq — FOTOFAKT
10.05.2024, 14:12 / QHT, HADİSƏ -
Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”
09.05.2024, 10:30 / HADİSƏ -
Dövlət Reklam Agentliyi məhkəmə qarşısında
08.05.2024, 12:21 / HADİSƏ -
İlhamə Abdullayevanın Əli Həsənovun şirkəti ilə 70 minlik şübhəli sövləşməsi – ARAŞDIRMA
08.05.2024, 12:20 / HADİSƏ