Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Xeyrəddin Əliyevin fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Baxış zamanı oradan ümumi çəkisi 52 kq olan 29 ədəd çətənə kolu aşkar olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib. Bundan başqa RPİ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Cahangir Mahmudov saxlanlılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 8.06 qram, yaşadığı evdən isə 9.34 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Nizami rayonunda “ağac soyqırımı” - Nazir və başçı məsələdən xəbərdardırlar, amma “soyqırım” davam edir + Fotolar, Video
21.10.2023, 21:39 / GÜNDƏM, HADİSƏ -
Bakıda uşaq bağçasının ərazisi 13 milyona satışa çıxarıldı (FOTOFAKT)
13.10.2023, 10:04 / GÜNDƏM, HADİSƏ -
VƏTƏNDAŞLIĞIMIZI QƏBUL EDƏN ERMƏNİLƏR TƏNTƏNƏLİ ŞƏKİLDƏ AND İÇMƏLİDİRLƏR- HÜQUQİ ŞƏRH
02.10.2023, 11:28 / GÜNDƏM, HADİSƏ -
Xocalıları xilas etmək üçün təslim olan Natiq Qasımov (VİDEO)
01.10.2023, 10:08 / GÜNDƏM, HADİSƏ -
“Türk Hava Yolları”nın Bakı ofisinin rəhbərinin sürücülük hüququ məhdudlaşdırla bilər
15.09.2023, 14:10 / GÜNDƏM, HADİSƏ -
Deputatın sürücülük hüququ məhdudlaşdırıla bilər (SƏBƏB)
15.09.2023, 14:07 / GÜNDƏM, HADİSƏ -
Turalənin işində adları hallanan şəxslər işdən çıxarıldı
26.07.2023, 12:35 / GÜNDƏM, HADİSƏ