Gəncədə ağır qəza nəticəsində ölənl’rin kimliyi müəyyənləşdirilib.
İcmal.Az-ın APA-nın qərb bürosuna istinadla xəbərinə görə, onlardan biri 1994-cü il təvəllüdlü Nagıyev Nicat Nüsrət oğlu, digəri 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğludur.
***
00.17
Gəncədə iki nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbi bəlli olub.
İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, ilkin ehtimala görə, hərəkətdə olan avtomobilin qarşısına it çıxıb.
İti vuran avtomobil idarəetməni itirərək yolun kənarına aşıb.
Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Meyitlər deformasiyaya uğrayan avtomobilin salonundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
02.11.2017 23:12
Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.
İcmal.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza şəhərin qərb çıxışında, Gəncə-Şəmkir avtomobil yolunda qeydə alınıb.
"Mercedes” markalı avtomobilin aşması nəticəsində iki nəfər – sürücü və sərnişin dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İcmal.Az