Gəncədə diqqətdən kənar qalan tikili necə təhlükə mənbəyinə çevilib-FOTO

OXUNUB: 565 HADİSƏ
Gəncənin Muxtar Hacıyev küçəsində yerləşən yarım tikili vaxtı ilə çox mərtəbəli bina kimi sakinlərin ixtiyarına verilməli idi. Lakin inşaat yarımçıq qaldı və illər sonra yararsız hala düşən tikili bu gün daha ciddi problemlərə yol açmaqdadır.Qısa arayış verək ki,tikili 1980 ci illərin sonları və 90 cı illərin əvvələrində inşa edilib. Məqsəd burada yaşayış binası tikmək olub. Lakin inşaa işlərin elə o illərin sonlarında yekunlaşmadan dayanıb.Bu gün isə  bina artıq real təhlükəyə çevrilib. Tikilidən  iri  beton piltələr uçmağa başlayıb. Ərazinin yaxınlığında yaşayış olduğundan təhlükənin  miqyası daha da  böyükdür. Söhbət ondan gedir ki, hər gün bu ərazidən yüzlərlə insan hərəkət edir. Sakinlərin sözlərinə görə, aidiatlı orqanlara dəfələrlə müraciət edilib. Lakin nə tikən var nə də sökən. Binanın daxili isə tam başqa mənzərədir. Şpiritç qalıqlarını hər addımda qarşımıza çıxır.  Başqa sözlə desək iradlar haqlı olduğu qədər də, diqqət yetirilməsi baxımından vacib məqama çatıb. Aidiatlı qrumlar isə  susur.  Cənablar bədbəxt bir hadisə baş vermədən  binanı ya tikin, ya da  sökün.









 

RƏYLƏR