Gəncədə narkotik satan şəxslər saxlanılıb -FOTO (ÖZƏL)

OXUNUB: 948 GÜNDƏM HADİSƏ
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın yerli bürosuna verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Ruslan Alıyev saxlanılaraq polis idarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman üzərindən 7.68 qram narkotik vasitə  olan "heroin” aşkar olunub. Polis əməkdaşları R. Alıyevin yaşadığı fərdi yaşayış evinə baxış keçirən zaman oradan çəkisi 9 qram olan narkotik vasitə "heroin” aşkar edilərək götürülüb.
Keçirilən digər bir peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir narko tacir saxlanılıb. Belə ki, araşdırmalar zamanı məlum olub, şəhər sakini əvvəllər dəfələrlə məhkum olunmuş Ruslan Quliyev fiziki məhdudiyyətli olmasından istifadə edərək qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə etmiş və onu şəhər ərazisində satışını təşkil etmişdir. R. Quliyev saxlanılaraq Kəpəz RPİ-nə gətilib və üzərinə baxış keçirilən zaman çəkisi 7.20 qram olan narkotik vasitə "heroin” aşkar edilib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Quliyevin yaşadığı fərdi yaşayış evindən 17.24 qram narkotik vasitə olan "heroin” aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
 



 

RƏYLƏR