Gəncədə yanğın: sakinlər təxliyə edildi

OXUNUB: 518 HADİSƏ

Gəncədə yanğın hadisəsi baş verib.

FHN-dən İcmal.Az-a verilən məlumata görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 60 kv.m sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı binadan 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

İcmal.Az

RƏYLƏR