Gəncədə özünü yandıran oğlan xəstəxanada ölüb

OXUNUB: 545 HADİSƏ

Gəncədə üzərinə benzin tökərək özünü yandıran 18 yaşlı gənc xəstəxanada ölüb.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, martın 28-də xəstəxanaya yerləşdirilən 2000 -ci  il təvəllüdlü Suleymani Əli Fərhad oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Bədəninin 99 faizi yanmış Ə.Suleymani həkimlərin səylərinə baxmayaraq xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR