Gənclər Fondunun dəstəyi ilə ərsəyə gələn «Mültikultralizmin beşiyi – Azərbaycan» – QISAMETRAJLI film təqdim olundu - FOTOLAR

OXUNUB: 1835 QHT

Gənclər Fondunun dəstəyi ilə «Mültikultralizmin beşiyi – Azərbaycan» – QISAMETRAJLI FİLM layihəSi çərçivəsində Binəqədi Gənclər Evində təqdimat mərasimi baş tutub. Tədbiri giriş sözü ilə açan Samir Şahbazlı 3 aylıq layihə və film barədə məlumat verdi: "Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.Bütün bu mədəni irsimizin foto formatında virtual təbliğinə böyük ehtiyac var. Bu mənada biz «Mültikultralizmin beşiyi – Azərbaycan » – QISAMETRAJLI FİLM - layihəsini reallaşdırmaqla gənclərimizin bu sahədə biliklərinin artmasına xidmət etmiş oluruq. Gənclərin bu sahədə biliklərinin təkmilləşdirilməsinə dəstək vermək və onlar arasında "AZƏRBAYÇANÇILIQ” ideologiyasını rəhbər tutaraq fəaliyyətlərində mili maraqların önə çəkilməsinin vacibliyini önə çəkmək, Gənclərin multikultralizm sahəsində peşəkarlıq səviyyəsinin yüksəldilməsi məsələsini ictimaiyyətin diqqət mərkəzinə gətirmək üçün səy göstərmək, Gəncləri "Azərbaycan” rəsmlərdə mövzusunda müxtəlif istiqamətlər üzrə nəzəri biliklərini təkmilləşdirilməsinə və onların nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə yardımçı olmaqdan ibarətdir. Filmin ərsəyə gəlməsində göstərdikləri dəstəkdən dolayı Gənclər Fonduna təşəkkür edirəm.”

Məlumat üçün qeyd edək ki, layihə 1 dekabr 2019-cu il tarixdən 1 mart 2020-ci il tarixədək davam edəcəkdir.







RƏYLƏR