Gənclər Təşkilatları Milli Şurasının Vətən müharibəsindəki fəaliyyəti dünyanın ən böyük beynəlxalq təşkilatı tərəfindən qiymətləndirildi

OXUNUB: 801 QHT
Gənclər Təşkilatları Milli Şurasının Vətən müharibəsindəki fəaliyyəti dünyanın ən böyük beynəlxalq təşkilatı tərəfindən qiymətləndirildi

 

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi Azərbaycanda qeyri-hökumət təşkilatlarının Vətən müharibəsi dövründə humanitar fəaliyyətinə dair hesabat (https://www.humanitarianresponse.info/en/operations/azerbaijan) dərc etmişdir. Gənclər Təşkilatları Milli Şurası (NAYORA) həmin hesabatda ən fəal təşkilatlardan biri kimi ikinci yerdə qərarlaşmışdır.

 

Öz ətrafında 133 üzv təşkilatı toplayan NAYORA müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun tarixi qələbə qazandığı Vətən müharibəsində arxa cəbhədə olduqca fəal rol oynamış, müharibədən zərər çəkən ailələrə gənclərin dəstəyini nümayiş etdirmək üçün yardım kampaniyaları həyata keçirmişdir. Kampaniya çərçivəsində əvvəllər muzdlu əsaslarla fəaliyyət göstərmiş və müharibə zamanı ordu sıralarına qoşulmuş gənc əsgərlərin aztəminatlı ailələrinə sosial yardım paketləri göndərilmiş, eləcə də ailələrə mənəvi dəstək göstərilmişdir.

 

Bundan başqa, NAYORA gənclər təşkilatlarını səfərbər edərək, informasiya müharibəsində düşmən təxribatlarını ifşa edən bəyanatlar verərək, dünyanın müxtəlif nüfuzlu gənclər təşkilatlarına ünvanlamışdır.

 

NAYORA öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir. Ali Baş Komandanın öndərliyi ilə rəşadətli ordumuzun parlaq qələbəsindən sonra Azərbaycan gəncliyinin layiqli təmsilçiliyi üçün gənclər təşkilatlarının beynəlxalq sferada fəallığının təmin edilməsi prioritet istiqamət kimi müəyyən edilmişdir.
 
 İcmal.Az

RƏYLƏR