“Gənclər üçün rəqəmsal bacarıqların inkişafı” layihəsi Lənkəran və Cəlilabadda

OXUNUB: 2679 Özəl QHT

Gənclərin texnologiya sahəsində bilik və bacarıqlarını artırmaq, onları rəqəmsal dünyaya hazırlamaq və müasir iş bazarının tələblərinə uyğun peşəkar kadrlar yetişdirmək məqsədilə "Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən keçirilən "Gənclər üçün rəqəmsal bacarıqların inkişafı” layihəsi yekunlaşıb.
Layihənin ikinci fazası Lənkəranda, üçüncü fazası isə Cəlilabadda gənclər üçün baş tutub. 
Regionlarda yaşayan gənclərə yönələn layihə çərçivəsində bu dəfə hər rayonda 2 gün olmaqla, 4 gün ərzində müxtəlif təlimlər və praktiki məşğələlər təşkil olunub. Bu vasitə ilə gənclər rəqəmsal sahələr üzrə biliklər əldə ediblər. Peşəkar mütəxəssislər və təcrübəli təlimçilər tərəfindən həyata keçirilən layihədə gənclərin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarını artırmaq qarşıya qoyulan hədəflərdən biridir.
Layihənin ilk günü gənclər tanışlıq, müxtəlif komanda quruculuğu oyunlarında iştirak edib, akademik məlumat bazaları, onlayn kitabxanalar eyni zamanda onlayn öyrənmə platformalarından səmərəli istifadəyə yönəlmiş təlim sessiyasında iştirak ediblər. Təlimlərin ikinci günü gənclər effektiv rəqəmsal tədris alətləri, onlayn araşdırma metodlarını öyrənib, komanda şəklində hazırladıqları tapşırıqları sosial media hesablarında paylaşıblar.
"Gənclər üçün rəqəmsal bacarıqların inkişafı” layihəsi ümumilikdə 3 rayon üzrə keçirilib. 
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. Layihənin Lənkəran fazasının tərəfdaşı Gənclərin İnkişaf və Karyera Mərkəzidir.
 




 

RƏYLƏR