“Gənclər üçün Xidmətlər - Azərbaycan Hökuməti və BMT-nin birgə təşəbbüsü” layihəsi çərçivəsində əldə edilən nailiyyətlər

OXUNUB: 538 QHT

2019-cu ildə Avropa İttifaqının maliyyə dəstəyi,Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi,Azərbaycan Respublikasının Gənclər FonduUNICEF-in Azərbaycan nümayəndəliyinin birlikdə təşkilatçılığı ilə "Gənclər üçün Xidmətlər - Azərbaycan Hökuməti və BMT-nin birgə təşəbbüsü” layihəsinə start verilib.

Proqram çərçivəsində "Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi və PART Kreativ Agentliyinin icraçı tərəfdaşlığı ilə "Gənclər Evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzləri üçün İctimaiyyətlə əlaqələr və Marketinq strategiyasının işlənib hazırlanması, sınaqdan keçirilməsi və icra olunmasına dəstək proqramı", Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən "Yarat...İnkişaf et...Töhfə ver...”, "Azərbaycan Gənclərinin Nailiyyəti” İctimai Birliyi tərəfindən "Gənclərin Təşəbbüskarlıq Həlləri” layihələrinin icrasına başlanılıb.

Bu müddət ərzində Mingəçevir, Binəqədi və Xəzər Gənclər Evlərinin və Qazax, Şəmkir və Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin əməkdaş və gənclərinin iştirakı ilə müxtəlif fəaliyyətlər həyata keçirilib. Pandemiyadan öncə canlı şəkildə keçirilən təlim sessiyaları mövcud vəziyyətlə əlaqədar olaraq onlayn şəkildə davam edib.

"Gənclər Evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzləri üçün İctimaiyyətlə əlaqələr və Marketinq strategiyasının işlənib hazırlanması, sınaqdan keçirilməsi və icra olunmasına dəstək proqramı" layihəsi çərçivəsində PR mütəxəssisləri uğurlu PR kampaniyalarının təşkili, rəqəmsal stategiyaların hazırlanması, sosial şəbəkələrdə reklamların effektiv idarə edilməsi, vebsaytların dizaynı, foto və video kontentin redaktəsi kimi məsələlərlə bağlı ətraflı məlumat əldə edib, peşəkar təlimçilərlə görüşmək və fikir mübadiləsi aparmaq imkanı qazanıb.

"Gənclərin Liderlik və Peşəkar İnkişafı Proqramı” proqramı zamanı Gənclər Evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin əməkdaşları "Təlimçilər üçün təlim” proqramında iştirak edib. Yeniyetmə və gənclər karyera inkişafı və planlaşdırma təlimləri zamanı əldə etdikləri bilik və praktik bacarıqlara əsasən fərdi fəaliyyət planı hazırlamağı öyrəniblər. "Maliyyə savadlılığı” təlimləri çərçivəsində iştirakçılar maliyyə savadlılığının artırılması, şəxsi büdcənin idarə edilməsi, xərclərin tənzimlənməsi və şəxsi ehtiyacların müəyyənləşdirilməsi sahəsində biliklərə yiyələnməklə öz büdcələrini idarə etməyi öyrəniblər. Eyni zamanda "Gənclərin Təşəbbüskarlıq Həlləri” fəaliyyəti çərçivəsində gənclər müxtəlif problemlərin həlli üçün sosial və biznes yönümlü layihə təklifi hazırlayıb. Sosial və biznes ideyalarının reallaşdırılmasına dəstək verilib, peşəkar mütəxəssislər tərəfindən təlimlər keçirilib.

"Yarat...İnkişaf et...Töhfə ver...” layihəsi ilə gənclərin incəsənət vasitəsilə yaradıcı və innovativ sosial təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradılıb. Mingəçevirdən olan iştirakçılar layihə zamanı "Texnologiya asılılığı”, "Valideynlərim və mən”, Sağlam gələcək”, "Düzgün ixtisas seçimi”, "Hər kəsə eyni baxaq” təşəbbüsləri ilə çıxış edib, mentor dəstəyi alıblar. 100-ə yaxın insan birbaşa, dolayı yolla isə 1000-ə yaxın Mingəçevir sakini layihədən faydalanıb.

 

 




RƏYLƏR