Gənclərə qəhrəmanlarımızı tanıtımı ilə bağlı layihənin icrası yekunlaşdı

OXUNUB: 646 QHT
 "Bakı Gənclər Klubu” ictimai birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 28 dekabr 2020 –28 mart 2021-ci il tarixlərində həyata keçirdiyi "Bir ölür – min dirilərik!” adlı layihənin icrasını yekunlaşdırıb. həyata keçirir. Layihənin icrası keçmiş çəbhəyanı bölgə - Füzuli rayonunda həyata keçirilmişdi.     
Layihənin məqsədi – I və II Qarabağ müharibəsi zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi video-çarxlar vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə qəhrəman obrazları yaratmaq idi.                                                                           
       Layihənin icrası zamanı 5 video-çarxın çəkilişi həyata keçirilmişdir. Bu məqsədlə çəkiliş qrupu keçmiş cəbhəyanı - I və II Qarabağ müharibələr zamanı qızqın döyüşlər getdiyi Füzuli rayonuna səfər təşkil etmiş və Alxanlı, Zobcux, Sükürbəyli, Kərimbəyli kəndlərində çəkilişləri həyata keçirmişdir. Çəkilişlərdə topçu, tankçı, kəşfiyatçı və s. döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə qalxması, I və II Qarabağ müharibələri zamanı həyata keçirilən əməliyyat və döyüşlər, qızğın döyüş gedən məkanlar və gənc nəslə tövsiyyələr öz əksini tapmışdır. Hazırlanmış video-çarxlar gələcəkdə gənclərimizi vətənpərvər ruhda böyüməsində, həmin qəhrəmanları gənclər və cəmiyyət tərəfindən tanıdılmasında və gənc nəsildə yeni müasir qəhrəman obrazların yaranmasında rolu olacaq..
    "Bakı Gənclər Klubu” ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. "Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və "Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.

Azərbaycan, AZ 1014, Bakı
"Binəqədi Gənclər Evi”
Tel: (012) 408 98 45
Mob: (050) 322 28 02
E-mail: bakı[email protected]
  www.fb.com/bakigenclerklubu                           
www.twitter.com/bgk_az
 







RƏYLƏR