İranlı general bəzi dövlət rəsmiləri ilə görüş keçirib.
General iclasda İranın Suriya üzərindən İsrailə zərbə endirməyə hazırlaşdığını bildirib.
Səsyazısı İsrail ordusunun kəşfiyyat xidməti tərəfindən ələ keçirilib. "Times of İsrael” qəzetinin xəbərinə görə ötən həftə Qüdsdə keçirilən iclasda İranın Suriyadakı mövcudluğu müzakirə edilib.
İsrail hərbi kəşfiyyatının generalı gizli çəkilən videoda Suriyadakı İran hərbi bazalarının əks olunduğu xəritəni göstərib:
"İran bu bazalarla Əsəd rejimini dəstəkləmək və terrora qarşı mübarizə etmək istədiyini düşünürük. Amma bir sürprizə hazır olun: "Xəritədəki bu nöqtələrdə 15 gün ərzində heç bir toqquşma baş verməyib. İran bu nöqtələrdən raket hücumu həyata keçirmək, İsrailə sızmaq və Qolan təpələrindəki kəndlərə ziyan vurmağa çalışır”.
İcmal.Az