Günay İbrahimli Röya Ayxanın qatıldığı festivaldan niyə uzaqlaşdırıldı? – VİDEO

OXUNUB: 937 ŞOU-BİZNES

Bu yaxınlarda Qazaxıstanda keçirilən "Star of Asia” musiqi festivalında Azərbaycanı iki ifaçı – Əməkdar artist Röya Ayxan və müğənni Günay İbrahimli təmsil etməli idi. Festivalda R.Ayxan çıxış etsə də, G.İbrahimli sözügedən tədbirdən uzaqlaşdırılıb.

 Müğənni "ATV maqazin onlarla” verilişinə açıqlamasında festivalda iştirak etməməsinin səbəbini açıqlayıb.

"Mən o konsertdə var idim. Tolikə zəng edib, Azərbaycandan iki ifaçı istəyiblər. Onlardan biri mən idim. Müsabiqəyə az qalmış zəng etdilər ki, Günay İbrahimli orada yoxdur. Nə oldu, bilmirəm, alınmadı. Belə şeylərlə əhval-ruhiyyəmi korlaya bilməzlər. Artıq məndən qorxur, çəkinirlər. Əvvəlki şıltaq Günay deyiləm, böyümüşəm. Hamını yola verirəm”, - deyə G.İbrahimli bildirib.

İcmal.Az

RƏYLƏR