"Günayla İradəni səhv salıram" - Əməkdar artist - FOTO

OXUNUB: 1091 ŞOU-BİZNES

Dünən "5"/5" verilişinin qonaqlarından biri əməkdar artist Rəhilə Bəndəliyeva olub.

Zaur xanım müğənnidən indiki müğənniləri tanıyıb-tanımadağını soruşub. Daha sonra Zaur efirdə mahnı səsləndirərək Rəhilə Bəndəliyevadan müğənninin kimliyini soruşub. "İradə İbrahimovadır" deyən xanım müğənniyə Zaur: "Efirlərə baxmırsınız, sonra da deyirsiniz müğənnilər o qədərdir ki, onların əlindən bizi efirə çağırmırsınız. Günya İbrahimli idi", - ifadələrini işlədib.

Əməkdar artist Zaurun reaksiyasına "Günayla İradəni mən səhv salıram" sözləri ilə cavab verib.

 

Maraq üçün bildirək ki, Asəf Zeynallı adına musiqi texnikumun Müğam şöbəsini bitirən Rəhilə Bəndəliyeva 1977 ilin oktyabrın 4-dən bugünədək "Lalə" qızlar ansamblının solistidir. 1978-ci ildən isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərir./milli


İcmal.Az

RƏYLƏR