Gündəlik 120-130 dollar ziyan: Sürücü və sahibkarlar Gömrükdə “bunt” etməyə hazırlaşırlar...

OXUNUB: 143 Özəl GÜNDƏM İQTİSADİYYAT
Bir müddət öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyat nəticəsində korrupsiya və rüşvətxorluğa yol verən bəzi əməkdaşlar həbs olundu. Bu hadisədən sonra ölkənin gömrük postlarında vəziyyətin heç də ürəkaçan olmadığı haqda məlumatlar dolaşır.

KONKRET.az-ın özəl mənbəsinə istinadən əldə etdiyi məlumata görə, Bakı Baş Gömrük İdarəsinin milyonlarla büdcə vəsaiti hesabına başa gələn proqram təminatı tamamilə çöküb. Buna səbəb gömrükdə normal və savadlı kadrların olmamasıdır. Mənbənin məlumatına görə, sistemin çökməsi nəticəsində gömrükdə sahibkarların maşınları həftələrdir "İpək Yolu” terminalında ilişib qalıb. Sahibkarlara isə gündəlik 120-130 dollar məbləğində ziyan gəlir.

Məlumatda bildirilir ki, Bakı Baş Gömrük İdarəsi bunu guya yükün çoxluğu ilə əlaqələndirir. Lakin heç bir yük yoxdur və əksinə köhnə vaxtlara nisbətən ölkəyə daha az mal gəlir. Hazırda Bakı Baş Gömrük İdarəsində 3-5 gün qalan TIR-lar var. Hətta sürücülər sahibkarları etiraz etməyə çağırırlar, çünki həftələrdir orada gözləməkdən beziblər. Ümid edirik ki, Bakı Baş Gömrük İdarəsi problemin aradan qaldırılması istiqamətində lazımı addımlar atacaq.

RƏYLƏR