Gürcüstanda dəmiryol tuneli dağılıb, 2 nəfər yaralanıb

OXUNUB: 712 DÜNYA

Gürcüstanın Xaraqaul bələdiyyəsinin Aneul kəndində dəmiryol tunelinin bir hissəsinin uçması nəticəsində 2 nəfər xəsarət alıb.

 Bu barədə bələdiyyə başçısı Nikolaz Topuridze bildirib.

Dağıntı nəticəsində tikinti işləri ilə məşğul olan iki nəfər yaralanıb, onlardan birinin xəsarəti yungul, digərininki isə ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır./report

 

 

İcmal.Az

RƏYLƏR