Hacı Quliyev və İradə İsak yeni layihədə – VİDEO + FOTO

OXUNUB: 904 ŞOU-BİZNES

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, sosial məsələlər üzrə ekspert Hacı Quliyev və tanınmış teleaparıcı İradə İsak 6 noyabrdan etibaren "Lider TV”-də "Ümidlə gəl” layihəsinə start verirlər. Proqramda sosial mövzular, əsasən, sosial yönümlü kütləvi aksiyaların keçirilməsi nəzərdə tutulur.

Layihənin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, hal-hazırda veriliş üzərində ciddi iş gedir və peşəkar yaradıcı qrup çalışır.

"Proqramla bağlı yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub. Hər xırda detala belə xüsusi diqqət yetirilir. İradə İsak və Hacı Quliyevin imici ilə hazırda xarici stilistlər məşğuldur. Veriliş üçün geyimlər bir neçə ay öncədən hazırlanmağa başlayıb. 

Proqramın dekoruna da xüsusi fikir verilir. Bir neçə şirkətdən dekor layihələri alınsa da, dekor seçimi uzun sürən müzakirələr və peşakarların rəyindən sonra öz təsdiqini tapıb. Hazırda  bölgələrimizdə çəkilişlər aparılır, hər iki aparıcı insanların problemləri ilə yaxından tanış olmaq üçün həmin məkanlara səfər edir”, - deyə məlumatda bildirilir.

 

RƏYLƏR