Hakim Abel Məhərrəmovla bağlı zalda elan etdiyi qərarı otağında dəyişib? (İDDİA)

OXUNUB: 468 GÜNDƏM HADİSƏ
"Yasamal Rayon Məhkəməsinin Abel Məhərrəmova qarşı 800 minlik iddia üzrə qətnamə çıxarması barədə xəbəri dəqiq deyil. Abel Məhərrəmovun vəkili olaraq, mən sizə bildirim ki, məhkəmədə şikayəti rədd edilib,bununla bağlı vahid məhkəmə portalında məlumat əks olunub”.

Bu sözləri gununsesi.info-ya müraciət edən Bakı Dövlət Üniversitetinin sabiq rektoru, akademik Abel Məhərrəmovun vəkili Altay Əfəndiyev bildirib.


Qeyd edək ki, Abel Məhərrəmova qarşı 800 minlik pul tələbi üzrə məhkəmə keçirildiyi və bu barədə qətnamə qəbul oldunmasına dair şikayətçi tərəfə istinadən xəbər dərc edib.

Həmin yazı da bildirilir ki, Abel Məhərrəmov villasında, restoranlarında və bağ evində işlətdiyi ustaların, fəhlələrin pulunu verməyib və buna görə də, məhkəməyə verilib.

Şikayətçi tərəf olan İsimxan Mirzəyev bu olaydan şoka düşdüyünü deyib: "Qətnaməni elan edəndən sonra hakim Vahid Hacıyev elan etdi ki, iddia təmin olunur. Hətta cavabdeh tərəfin vəkili Altay Əfəndiyevə üzünü tutaraq bildirdi ki, apellyasiya şikayəti etmək hüqunuz var.

Sonradan hakim otağına gedib, başqa şey yazıb. Və biz də sevincək məhkəmə binasını tərk etdik. Lakin hakim otağına gedəndən sonra qərarı tamamilə dəyişib qətnaməyə başqa şey daxil edib. Abel Məhərrovun qardaşı Ədliyyə Nazirliyində yüksək vəzifə tutur. Görünür, bu amilin rolu oldu. Biz mübarizəmizi sonadək apracağıq”.

Şikayətçi tərəf onu da bildirib ki, Yasamal məhkəməsindəki proseslərin audio və video qeydiyyatı olduğundan görüntülər açıqlanmalıdır.

RƏYLƏR