“Hansı arvad məni saxlayar ki?” - Niyam evlənməmə səbəblərini açıqladı - VİDEO - FOTO

OXUNUB: 889 ŞOU-BİZNES

Sevgi, məhəbbət elə bir hissdir ki, qrip necə ki, gəlib səni yaxalayır, sevgi də yoluxucu xəstəlik kimi gəlib səni tutmalıdır. Gözləyirəm ki, o sevgi, o xəstəlik nə zaman gəlib məni tutacaq. O məqam gəlməlidir ki, mən evlənim. Yoxsa durduğum yerdə deyim ki, mən evlənirəm, bu, mənasız olar

İcmal.Az xəbər verir ki, bu sözləri "ARB Ulduz"un "Şou-məkan" proqramına açıqlaması zamanı müğənni Niyam Salami deyib.

Kimlərinsə gözündən pərdə asmaq üçün evlilik etməyəcəyini açıqlayan Niyam ailə sözünün anlamını yaxşı dərk etdiyini bildirdi:

"Mən ailənin "a" hərfinə görə "e" hərfimi, yəni evimi yıxa bilmərəm. İndi mən bir ailə qurmaq üçün bütün yaratdıqlarımı söküm? Ailə 10 kiloqram ət deyil ki, girim dükandan alım, yeyib qurtarandan sonra yenə gedim alım.

Ailə tamam başqa şeydir. İncəsənət ailəsi qurmaq isə tamam başqa məsələdir. Adi adamlarla incəsənət adamlarını, müğənniləri eyni tərəziyə qoymaq olmaz. Beyinlər, fikirlər, həyat tərzi tamam fərqlidir.

Gecə saat 4-də, 5-də mən yuxudan oyanıb çığırıram, mahnılar oxuyuram. Hansı arvad məni saxlayar ki, gecə 4-də, 5-də durub "ulayıram"".

Sənətçi qocalanda həyat yoldaşının ona baxması üçün evlilik etməyəcəyini, ümumiyyətlə, bu barədə hələlik düşünmədiyini söylədi:

"Mənə baxsın deyə, evlənmək, arvad almaq istəmirəm. Ailə qurmaq o demək deyil ki, mənim baxanım olsun?

Arvad bəyəm mənim üçün xəstəxanada baxıcıdır ki, xəstələnsəm, mənə baxsın? Bu, həyata düzgün baxış deyil axı. Mən qocalanda mənə kim baxacaq? Mən onu fikirləşmirəm. Mən qocalanda elə ölüm, heç qocalığa çatmayım, mənə də heç kim baxmasın, əziyyətimi də heç kim çəkməsin".

Ancaq yaxşı günlər üçün ailə qurmağın tərəfdarı olduğunu deyən müğənni həyat yoldaşına, evlənəcəyi insana ancaq bu gözlə baxacağını açıqladı.

"Həyat yoldaşım yaxşı günümdə mənim yanımda olsun. Hər anımda mənim yanımda olsun. Həyat yoldaşına bu cür baxmaq lazımdır.

Həyat yoldaşındı ey, bu, sənin, ömür-gün yoldaşındır. Bir tikə yeyəndə onun üçün də saxlayırsan. O, yeyəndə sənin üçün də saxlayır. Bu tamamlanmalıdır. Mən bu cür yanaşıram. Mən özümə necə hörmət edirəmsə, xanımıma da o cür hörmət etməliyəm. Ona görə istəmirəm ki, o, çətinlik çəksin. Gecə saatlarında başını tutub harasa qaçmasın. Sonra deməsin ki, Niyam məni incidir".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

İcmal.Az

 


RƏYLƏR