Helikopter və təyyarələr gömrük rüsumundan azad edildi - QƏRAR

OXUNUB: 695 İQTİSADİYYAT

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən helikopterlər, təyyarələr, kosmik aparatlar (peyklər daxil olmaqla) və paraşütlər gömrük rüsumundan tam azad edilib.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən, bu mallar hazırda 0,50 faiz idxal gömrük rüsumuna cəlb edilir.

İcmal.Az

RƏYLƏR