“Həmin video Gəncədə çəkilməyib, onu yayanlar axtarılır” - DİN

OXUNUB: 411 GÜNDƏM HADİSƏ
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və bir kişinin dua oxuyaraq İsrail bayrağını yandırmasını əks etdirən videonun Gəncədə çəkilməsi barədə iddialara münasibət bildirib.

 DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, ümumiyyətlə, Azərbaycanda belə fakt 

"Həmin görüntülər Azərbaycanda çəkilməyib. Əvvəllər başqa ölkədə çəkilən videoda baş verənlərin guya Gəncə şəhərində qeydə alınmış kimi təqdim edilməsi təxribat məqsədilə edilib. Bu görüntünün Azərbaycana, Gəncə şəhərinə aidiyyatı yoxdur. 

Həmin videogörüntünü təxribat məqsədi ilə Gəncədə baş vermiş kimi təqdim edənlərin müəyyənləşdirilməsi istiqamətində Daxili İşlər Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən birlikdə araşdırma aparılır”.

RƏYLƏR