Virusun canımıza vəlvələ saldığı zamanda, hər kəsin canının hayında olduğu bir vaxtda bunu etməyi heç kəsə məsləhət bilməzdim. O cümlədən "Kontakt Home”a.
Bildiyimiz kimi son vaxtlar mövcud vəziyyətlə əlaqədar hər kəs işini internet üzərindən qurmaq məcburiyyətindədir. Elə bu baxımdan iş funksiyamızı bir az da genişləndirmək məqsədilə "Kontakt Home” şirkətinin *6060 nömrəsi ilə onlayn olaraq nağd alış məqsədilə madem sifariş etdim. Yəqin istifadəmdə olan (070)500-75-75 nömrəsi orada qeydiyyata alınıb. Xəttin o tayında ən uzağı iki gün müddətində sifarişimin yerinə yetiriliməsinə söz verildi. Lakin təəssüflər olsun ki, 5 gün keçməsinə baxmayaraq hələ də sifarişdən xəbər-ətər yoxdur. Ən maraqlısı odur ki, hazırda ümumiyyətlə *6060 nömrəsi ilə əlaqə saxlamaq mümkün deyil. Nə isə, başınızı ağrıtmıram.
"Kontakt Home”-in əsl sahibi olan DEPUTAT QAĞAMIZA tövsiyəmiz şirkətində baş alıb gedən rüsvayçılığı aradan qaldırsın. Saxtakarlıq dedim ya, bu qədər yox. Eyniylə seçkidə olduğu kimi!
Nicat
Rubrika.Az