Heydər Babayevin “Standard İnsurance” şirkətində erməniləri kim işə götürür? - FOTOFAKT

OXUNUB: 4627 Seçilmiş Önəmli Özəl İQTİSADİYYAT
"Standard İnsurance” sığorta şirkətinin Gürcüstan bazarındakı törəmə şirkəti olan "Standard İnsurance Georgia” ilə bağlı BAKU.WS-in redaksiyasına maraqlı məlumat daxil olub. 
İCMAL.az-ın əldə etdiyi məlumatda qeyd edilir ki, "Standard İnsurance Georgia” şirkətində çox sayda erməni işləyir. Bu iddiaları təsdiqləyən görüntülərdə Teymuraz Simonyan adlı erməni işçisinin imzası, həmçinin erməni Simonyanın sığorta şirkətinin rəsmi e-mailindən istifadə etdiyi əks olunub. Teymuraz Simonyanın şirkət e-maili ilə yazışmasında vəzifəsinin satış koordinatoru olduğu aydın olur. 

Maraqlısı ondadır ki, Azərbaycan şirkətinin törəməsi olan "Standard İnsurance Georgia” şirkətində baş direktor Nicat Hüseynov, idarə heyətinin sədri Kamran Bağırov və rəhbər şəxslərdən biri Emin Bünyatov Müşahidə Şurasının üzvüdür. Ancaq görünən odur ki, sözügedən şirkətdə ermənilərin işsizliyi problemi yüksək səviyyədə diqqətdə saxlanılır. İddialara görə, baş direktor Nicat Hüseynov ermənilərin işsizliyi problemini özü üçün prioritet edib və bunun üçün böyük səylə çalışır. 

Qeyd etmək lazımdır ki, hətta SOCAR kimi nəhəng bir şirkət və Azərbaycanın digər iri şirkətləri belə bu sığorta şirkətində sığorta olunublar. Simonyan və digər soydaşları erməni şirkətlərinin də Azərbaycan şirkəti ilə əməkdaşlığını təmin etmək üçün çalışır.   

İCMAL.az




RƏYLƏR