Homoseksual olduqlarını etiraf edən Hollivud ulduzları - siyahı

OXUNUB: 924 ŞOU-BİZNES

 Hollivudun homoseksual olduğunu etiraf edən məşhurların siyahısını təqdim edirik:

"Oskar” mükafatçısı Kevin Speysi homoseksual olduğunu həmkarı Entoni Rappın ona təcavüz etmək istədiyini deməsindən sonra etiraf edib. O bildirib ki, həm kişilərlə, həm də qadınlarla romantik əlaqələrdə olub. Hazırda da həyatına homoseksual biri olaraq davam edir.



1984-cü ildə bir qadınla nikaha girən müğənni Elton Con 4 ildən sonra boşandı və həmcinslərindən xoşlandığını etiraf etdi. Con hazırda Devid Fönişlə evlidir və onların 2 övladı var.



Amerikalı komediya ustası Ellen DeGeneres 1997-ci ildə homoseksual olduğunu açıqladıqdan sonra televiziya dünyasından uzaqlaşıb. 2001-ci ildə görkəmində dəyişiklik edən Ellen 2003-ci ildən bəri milyonlarla tamaşaçının qarşısına ''Ellen'' adlı tok şou ilə çıxır. 2004-ci ildə aktrisa Portia de Rossi ile birlikdə olan Generes 2008-ci ildə Los-Ancelesdə onunla nikah masasına oturub.



Aktyor Conni Depin keçmiş həyat yoldaşı Ember Herd bir vaxtlar Mari DeVilep, ondan əvvəl isə başqa qadınlarla münasibətdə olması ilə gündəmə gəlmişdi. Ember özü homoseksual olduğunu verilişlərdən birində açıqlamış, amma qanun icazə vermədiyi üçün heç bir qadınla nikaha girə bilmədiyini vurğulamışdı.

Oscar mükafatı alan aktrisa Codi Foster 1998 və 2001-ci illərdə iki uşaq dünyaya gətirib. Uşaqlarının atası prodüser Cidney Bernarddır. Foster Bernard ilə yollarını ayırdıqdan sonra həmkarı Aleksandra Hedison ilə evlənib.



Porto-Rikolu müğənni Rikki Martin 2010-ci ildə olduqca cəsur bir addım atıb. O, homoseksual olduğunu etiraf edib: "'Xoşbəxt bir homoseksual kişi olduğumu söyləməkdən qürur duyuram” deyən Rikki isveçli sənətçi Yosef ilə evlənib.



Dünyanın ən seksual qadını sayılan aktrisa Meqan Foks da homoseksual olduğunu etiraf edib. O, boşandığı əri Brian Austin Gri ilə yenidən barışıb və 3-cü övladını dünyaya gətirib./axşam

İcmal.Az

RƏYLƏR