“Hyatt Regency Baku” hotelinin əcnəbi rəhbəri cərimələndi - FOTO

OXUNUB: 30 HADİSƏ
Yasamal Rayon Məhkəməsi "Hyatt Regency Baku” hotelinin baş direktoru Qaq Valteri inzibati qaydada cərimələyib.

"Report"un əldə etdiyi məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Bu əmələ görə vəzifəli şəxslər 500 manatdan 2 000 manatadək cərimə edilir.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə razılaşmayan Q.Valter apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 5 ulduzlu "Hyatt Regency Baku”nun baş direktoru Qaq Valter Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin üzvüdür.
 

RƏYLƏR