İbrahimdən kövrəldən paylaşım - FOTO

OXUNUB: 825 ŞOU-BİZNES

Müğənni İbrahim Tatlıses İnstaqram səhifəsindəki son paylaşımı ilə hər kəsə ibrətamiz dərs keçib.

 Suriyadakı vətəndaş müharibəsindən qaçan və Türkiyədə sığınan kiçik qızın ac olduğunu görən ifaçı ona şorba və lahmacun alıb. 

Ac qızcığazın qarnını doyuran Tatlıses onunla birgə şəklini sosial media hesabında yerləşdirib və yazıb:

 

"Bu qızımız Suriyanın Hələb şəhərindən gəlib, çarəsizdir. Adı Əminə. Allah göstərməsin, onun yerinə mənim Elif qızım da ola bilərdi. Bir saniyə sonra nə olacağını kim bilir ki? Niyə biz onlara bir şorba yeməyi çox görək? Əminənin və onun kimi neçə uşağın qarnı acdır. Kim belə yaşamaq istəyər? Düşünə bilirsinizmi, evi yoxdur, gedəcək yeri yoxdur, yeməyə heç nəyi yoxdur. Gəlin, birlik yaradaq. Bu qəriblərin zəhər olmuş dünyalarını biz də zəhər etməyək. Heç nə itirmərik. Amma əlimizdən gələni etməsək, bu məsum uşaqların bir damla göz yaşlarının hesabını verə bilmərik..."

Sənətçinin bu insani münasibəti hər kəs tərəfindən yüksək qiymətləndirilib. /axşam

 

İcmal.Az

RƏYLƏR