İki il əvvəl evlənən məşhur cütlük boşanır

OXUNUB: 842 ŞOU-BİZNES

Bir müddətdir haqlarında ayrılıq dedi-qoduları yayılan Türkiyənin məşhur cütülüyü - aktrisa Merve Boluğur ilə müğənni, bəstəkar Murat Dalkılıç boşanır.

Bu barədə M.Dalkılıç "Instagram” hesabında məlumat yayıb.

"İllərdir böyük bir eşq yaşadığım dəyərli həyat yoldaşım Merve Boluğurla uzun zamandır qurtarmağa çalışdığımız evliliyimizi kədərlənərək bitirdik. Sevgi və hörmət çərçivəsində vermiş olduğumuz bu qərarımıza görə yaşadığımız həssas dövrdə hər kəsin hörmətlə yanaşmasını xahiş edirik”, - deyə o qeyd edib.

 

Murat Dalkılıç və Merve Boluğur 2015-ci ilin avqust ayında evləniblər./oxu

 

İcmal.Az

RƏYLƏR