İki nəfər polisə atəş açıb, ölən və yaralananlar var

OXUNUB: 506 DÜNYA

Çərşənbə günü axşam iki naməlum şəxs Səudiyyə Ərəbistanının qərbində yerləşən Ət-Taif şəhərinin mərkəzində yol polisi əməkdaşına hücum edərək, onu qətlə yetirib.

Bu barədə yerli "Əs-Sabak" nəşri yazıb.

Qəzetin məlumatına görə, onlar hadisə yerindən qaçıblar, lakin polis canilərin izinə düşə bilib. Onlar saxlanılan zaman müqavimət göstəriblər və polis əməkdaşlarına atəş açıblar. Atışma nəticəsində onlardan biri yaralanıb və təhlükəsizlik qüvvələri tərəfindən tutulub, digəri isə qaçmağa müvəffəq olub. Bir neçə polis əməkdaşı yaralanıb./report

 

İcmal.Az

RƏYLƏR