Fevralın 15-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb.
İcmal.Az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər.
Əvvəlcə birgə foto çəkdirilib.
Dövlətimizin başçısı İlham Əliyev iclasda nitq söyləyir.
İcmal.Az