Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
İcmal.Az Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, bununla bağlı "Akorda” radiostansiyası məlumat verib.
Təbrikdə deyilir:
"Dövlətçiliyin möhkəmləndirilməsi, ölkələrimizin sosial-iqtisadi yüksəlişi, onun nüfuzunun günü-gündən artması Sizin liderliyinizin, ağıllı və uzaqgörən siyasətinizin nəticəsidir.
Ölkələrimiz arasındakı əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfəniz əvəzolunmazdır. Əminəm ki, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Qazaxıstan dostluğu və əməkdaşlığı gələcəkdə də xalqlarımızın maraqlarına xidmət edəcək”.
N.Nazarbayev 1940-cı il iyulun 6-da Qazaxıstan SSR-in Almatı vilayətinin Çemolqan kəndində doğulub.
İcmal.Az