Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında sentyabrın 1-də Soçi şəhərində görüş keçiriləcək.
7News.Az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, görüşün yekununda hökumətlərarası və idarələrarası bir sıra sənədlərin imzalanması gözlənilir.
Qeyd edilir ki, liderlər ikitərəfli gündəlikdə olan bir sıra mühüm məsələlər, o cümlədən qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri, aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.