İlin ən çox qazanan müğənniləri açıqlandı – SİYAHI

OXUNUB: 598 ŞOU-BİZNES

Forbes jurnalı ilin ən çox qazanan müğənnilərinin reytinqini açıqlayıb.

İcmal.Az-ın xəbərinə görə, siyahıya amerikalı müğənni Beyons başçılıq edir.

36 yaşlı ulduz müğənni cari il ərzində 105 milyon ABŞ dolları qazanıb. Bu məbləğə onun sonuncu "Lemonade” albomunun satışından, həmsinin konsert turlarında əldə edilən gəlir daxildir. Bundan əlavə müğənninin şəxsi geyim biznesi var.

29 yaşlı britaniyalı müğənni Adel 69 milyon dollar gəlirlə ikinci olub. Ötən il reytinqə liderlik edən amerikalı Teylor Svift isə bu il üçüncü olub - 44 milyon dollar.  

Kanadalı ifaçı Selin Dion 42 milyon dollar qazancla dördüncü, Cenifer Lopez isə 38 milyon dollarla beşinci yerdə qərarlaşıb. 

İcmal.Az

RƏYLƏR