İlkinə hədiyyə olunan maşının markası bəlli oldu: Qiyməti 30 min manatdır

OXUNUB: 683 ŞOU-BİZNES

Xəbər verdiyimiz kimi, aktyor İlkin Misgərliyə avtomobil hədiyyə olunub.

İcmal.Az Azxeber.com-a istinadla xəbər verir ki, aktyor avtomobilin markasını açıqlayıb.

"Bu, mənim üçün çox gözlənilməz oldu, çox sevindim. Mənə ən son model "Kia Rio” avtomobili hədiyyə olundu”, - deyə o bildirib.

O, "Avtomobili kim bağışlayıb?” sualına isə belə cavab verib: "Avtomobili mənə "Bozbash Pictures”in yaxın dostlarından biri hədiyyə edib. Fürsətdən istifadə edib, həmin şəxsə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, "Kia Rio” avtomobilinin ən son modelinin qiyməti 30 min manatdır.

İcmal.Az

RƏYLƏR