Çində partlayış olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

OXUNUB: 537 DÜNYA

Çində baş vermiş partlayış zamanı 30-dan çox insan xəsarət alıb.

Bu barədə ölkənin Mərkəzi Televiziyası xəbər verib.

Xəbərdə bildirilir ki, onların hamısı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə ölkənin şərqində, Çjeçzyan vilayətində, Ninbo şəhərində baş verib. Hadisə yerində yanğınsöndürənlər və fövqəladə xidmətlərin əməkdaşları işləyir.

Partlayışın səbəbləri araşdırılır. 


***07:20

Çində partlayış olub.

Bu barədə "CGTN" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə ölkənin şərqində, Çjeçzyan vilayətində, Ninbo şəhərində baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində ölənlər və yaralananlar var. Hadisə yerində yanğınsöndürənlər və fövqəladə xidmətlərin əməkdaşları işləyir.

Partlayışın səbəbləri araşdırılır./report

Çində partlayış: ölənlər və yaralananlar var

 

İcmal.Az

RƏYLƏR