Çinin cənub-şərqindəki Tszyansi vilayətində "yalnız kremasiya” siyasətinin tətbiqinə başlanılıb. Buna səbəb torpaq resurslarına qənaət edilməsidir.
Bununla bağlı İcmal.Az "RİA Novosti” agentliyinə istinadla xəbər verir.
Hökumət insan qalıqlarının məhv edilməsi üçün yalnız kremasiya üsulundan istifadə etmək niyyətindədir. Bir çox şəhərlərin rəhbərləri "yalnız kremasiya” siyasətinin yerinə yetirilməsi üçün sentyabradək vaxt verib.
Yayılan foto və videokardlarda ötən istirahət günləri ərzində məmurların Qançjou, Tszyan və İçun dairələrində tabutları zorla məhv etdiyi əks olunub.
İcmal.Az