İngiltərədə ərəblə sevgili olan qadının başını kəsdilər – FOTO

OXUNUB: 850 DÜNYA

İngiltərədə hindistanlı qadın ərəblə münasibətdə olduğu üçün oğurlanıb, zorlanıb, sonra da öldürülüb. Ehtimal edilir ki, qətl namus üstündə törədilib.

19 yaşlı hindistanlı qız Selin Doohraninin cəsədi evdə tapılıb. Doohrani başqa bir qadınla Londonun şimalında oğurlanıb, daha sonra onları orada zorlayıblar. 19 iyulda isə Selinin boğazını kəsərək öldürüblər.

Hadisə ilə əlaqədar şübhəli şəxs qismində 33 yaşlı Mucahid Arşid saxlanılıb. O, oğurluqda, zorlamaqda və qətldə ittiham olunur. 

Bildirilir ki, qətlə yetirilən ərəb müsəlmanı ilə yaxın münasibətdə olub, qızın ailəsi onların münasibətlərinin əksinə çıxıb, çünki onlar hindistanlı müsəlmanlardır. 

 

RƏYLƏR