"Intermak Group" məhkəməyə verildi - Külli miqdarda vergi borcu da var

OXUNUB: 394 İQTİSADİYYAT
Azərbaycanda tikinti texnikaları və təkər satışı üzrə aparıcı şirkətlərdən biri olan "Intermak Group" məhkəməlik olub.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3 maddəsi ilə cərimə protokolu tərtib edilib və iş məhkəməyə göndərilib. 

İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən, fiziki şəxslər əlli, vəzifəli şəxslər yüz, hüquqi şəxslər isə üç yüz manat məbləğində cərimə edilirlər.
 
Qeyd edək ki, 10 manat nizamnamə kapitalı olan "İntermak Group” MMC-nin qanuni təmsilçisi Veyisli Xəqani Zərgər oğludur. Hazırda şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 101 min 541 manat 18 qəpik vergi borcu var.

RƏYLƏR