İranda etirazçılar polisə hücum etdi: Ölən var – YENİLƏNİB

OXUNUB: 471 DÜNYA

İranda etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşmalar davam edir.

Nəcəfabad şəhərində aksiya iştirakçılarının polisə atəş açması nəticəsində bir polis ölüb, üçü isə yaralanıb.=

16:44

İranda hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı ölənlərin sayı 12-yə çatıb.

 Bu barədə "Associated Press” nəşri məlumat yayıb.

Qeyd olunur ki, silahlı aksiya iştirakçıları polis bölmələri və hərbi bazaları ələ keçirməyə cəhd ediblər, lakin güc strukturları bütün hücumların qarşısını alıblar.

14:27

Dekabrın 28-dən davam edən iğtişaşlarda İranda ən azı on nəfər ölüb.

 Bu barədə France-Press nəşri yerli polisə istinadən məlumat yayıb.

Bundan əvvəl agentlik dörd nəfərin öldürülməsi barədə məlumat vermişdi.

Onlardan ikisi İze şəhərində güllələnib, daha ikisi isə Dorudda toqquşma zamanı həyatını itirib. Orada etirazçılar yanğınsöndürən maşını ələ keçirərək təpədən aşağı itələyiblər.

"Avtomobil yaşlı kişi və yeniyetmənin üzərinə düşüb, hər ikisi ölüb”, - deyə şəhər bələdiyyə rəhbəri bildirib./oxu

İcmal.Az

RƏYLƏR