Dekabrın 28-dən davam edən iğtişaşlarda İranda ən azı on nəfər ölüb.
İcmal.Az-ın xəbərinə görə, bu barədə France-Press nəşri yerli polisə istinadən məlumat yayıb.
Bundan əvvəl agentlik dörd nəfərin öldürülməsi barədə məlumat vermişdi.
Onlardan ikisi İze şəhərində güllələnib, daha ikisi isə Dorudda toqquşma zamanı həyatını itirib. Orada etirazçılar yanğınsöndürən maşını ələ keçirərək təpədən aşağı itələyiblər.
"Avtomobil yaşlı kişi və yeniyetmənin üzərinə düşüb, hər ikisi ölüb”, - deyə şəhər bələdiyyə rəhbəri bildirib.
İcmal.Az