İranın ali dini lideri etiraz aksiyalarından danışdı

OXUNUB: 750 DÜNYA

İranın ali dini lideri Ayətullah Əli Xomeneyi günlərdir davam edən etirazlardan sonra ilk dəfə çıxış edib.

Dini lider çıxışı zamanı ölkədə baş verənləri birbaşa xarici qüvvələrin İrana müdaxiləsi adlandırıb:

"Xarici qüvvələr İranda daxili nizam-intizamı alt-üst etməyə çalışır. İranın "dost" görünməyə çalışan düşmənləri çoxdur. Günlərlə davam edən aksiyalarda ölənlərin sayı 30-a çatıb. Bu üsyanı qaldıranlar isə öz məqsədlərinə çatmaq üçün günahsız insanları qurban edilər. Onların məqsədi pul, silah, hakimiyyət həvəsidir".

Xomeneyi İranda üsyana cəhd edən hər bir nümayişçinin xarici qüvvələrdən əmr aldığını vurğulayaraq onları ölkəyə daxil olan "bir qrup kəşfiyyatçı" adlandırıb:

"Bunların arxasında kimlərin dayandığını bilirik. Bir qrup kəşfiyyatçıa qoşulan vətəndaşlar isə yalnız öz fikirlərini və problemlərini hakimiyyətə eşitdirmək məqsədilə küçələrə çıxıblar. Onların məqsədi hakimiyyəti devirmək deyil".publika

İcmal.Az

RƏYLƏR