İşdən çıxarıldığı deyilən aktyor: Onları polisə verəcəyəm

OXUNUB: 751 ŞOU-BİZNES

Milli Şuranın oktyabrın 7-də "Məhsul” stadionunda keçirdiyi mitinqə qatıldıqları üçün tanınmış aktyorlar Abbas Qəhrəmanov, İlqar Cahangir və Ayşad Məmmədlinin fəaliyyət göstərdikləri teatrdan kənarlaşdırıldıqları bildirilir. Hətta aktyorların çəkildikləri seriallardan da uzaqlaşdırılacağı deyilir.

İcmal.Az Yenicag.az-a istinadla xəbər verir ki, Abbas Qəhrəmanov, haqqında yayılan xəbərdən əsəbiləşib.

"Bu xəbərləri kimin yaydığını təxmini bilirəm. Bu, bir neçə nəfərin işidir. Mən siyasətə qarışmıram, yaradıcılıq işlərimlə məşğulam. Çünki siyasətə qatılsam, sənətim bir tərəfdə qalar. Mitinqə isə, sadəcə, maraq xatirinə getmişdim ki, görüm, bu müxalifət inkişaf edir, ya yox. Gördüm ki, heç bir irəliləyiş yoxdur, qayıdıb-gəldim evə. Sonradan eşitdim ki, mitinqə getməyimi şişirdiblər. Ardınca da xəbər yayıblar ki, guya işdən çıxarılmışam, oynadığım seriallardan uzaqlaşdırılmışam. "Azdrama"dan mənə zəng oldu, soruşdular ki, mitinqə getmisən, ya yox? Cavab verdim ki, getmişəm. Amma mənə işdən çıxarıldığımı deyən olmadı. İndi də teatra gedirəm. ATV rəhbəri ilə görüşümüz olub, serialdan uzaqlaşmağım barədə heç bir söhbət yoxdur. Bu xəbərləri yayan adamları polisə verəcəyəm, bu söhbətin axırına çıxacağam”, - deyə aktyor bildirib

İcmal.Az

RƏYLƏR