İŞİD-çilər əhalinin gözü önündə edam edildi

OXUNUB: 921 DÜNYA

Suriyanın İdlib şəhərində Əl-Qaidə terror təşkilatının Suriya qolu olan Əl-Nusra üzvləri İŞİD terror təşkilatının döyüşçülərini edam edib.

Ediam edilən 2 nəfər bombalı hücumlarda günahkar bilinir.

Əl-Nusra edamı lentə alaraq sosial şəbəkələrdə paylaşıb. Təşkilat başqa edamların icra olunacağını da istisna etməyib.

Qeyd edək ki, İŞİD Əl-Nusra terror təşkilatından 2013-cü ildə ayrılaraq müstəqilliyini elan edib. Bundan sonra iki terror təşkilatı arasında dəfələrlə qarşıdurma yaşanıb və bombalı hücumlar təşkil edilib./publika

 

İcmal.Az

RƏYLƏR