İsrail ordusu silahlandı - YANLIŞ SİQNAL

OXUNUB: 691 DÜNYA

İsrail ordusu bu gün səhər saatlarında həyəcan siqnalı ilə silahlanıb. 

İcmal.Az xəbər verir ki, bununla bağlı "Mynet Kfar Saba” məlumat yayıb.

"Həyəcan siqnalı zamanı 98-ci diviziya tam tərkibdə silahlanıb. Daha sonra həyəcanın yanlışlıqla baş verdiyi məlum olub. Faktla bağlı araşdırmalara başlanılıb”.

Yanlış siqnalla bağlı İsrail Silahlı Qüvvələrinin rəsmi "Twitter” hesabında məlumat yerləşdirilib.

İcmal.Az

RƏYLƏR