İsveçin ən gənc naziri Azərbaycan əsillidir

OXUNUB: 320 Özəl
İsveçdə formalaşan yeni kabinetin ən gənc naziri Cənubi Azərbaycandan olan 26 yaşlı Ruminə Purmuxtaridir.

7NEWS.az xəbər verir ki, 26 yaşlı Ruminə Purmuxtari İsveçin Moderat Mühafizəkarlar Partiyası, Liberal Partiya və Xristian Demokrat Partiyasından ibarət üçtərəfli koalisiya hökumətinin keçirdiyi mətbuat konfransında açıqlanan yeni kabinetin ən gənc üzvüdür. İsveçin yeni İqlim və Ətraf Mühit Naziri Purmuxtari tutduğu mövqedə dəyişiklik etmək istədiyini bildirib və "İsveç xalqının iradəsini əks etdirən siyasətə əməl etməliyik" deyib.
Ruminənin atası İbrahim Purmuxtari vaxtilə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qaldığından İsveçə müraciət edib.

7NEWS.az

RƏYLƏR