“Junior Eurovision”un loqo və şüarı məlum oldu

OXUNUB: 965 ŞOU-BİZNES
Ukraynanın paytaxtı Kiyev şəhərinin Beynəlxalq Sərgi Mərkəzində Gürcüstan nümayəndə heyəti mətbuat konfransı keçirərək Tiflis şəhərində keçiriləcək "Junior Eurovision”un rəsmi loqo və şüarını ictimaiyyətə təqdim edib.

İcmal.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, şüar və loqo günəşli Gürcüstanı özündə təcəssüm edir.

15-ci dəfə keçiriləcək müsabiqə "Shine Bright” şüarı altında noyabr ayının 26-da Tiflis İdman Sarayında baş tutacaq.

Qeyd edək ki, mətbuat konfransında müsabiqənin sonuncu qalibi Mariam Mamadashvili də iştirak edib.
 
İcmal.Az

RƏYLƏR