Jurnalisti kim öldürüb? – Kiyevdən Moskvaya qarşı ŞOK İTTİHAM

OXUNUB: 574 DÜNYA

Ukraynanın baş naziri Vladimir Qroysman Kiyevdə jurnalist Arkadiy Babçenkonun qətlinə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub.

Qroysmanın sözlərinə görə, Moskva dürüstlüyü və prinsipiallığı jurnalistə bağışlamadı.

"Ukraynanın əsl dostu Rusiyanın təcavüzü haqqında dünyaya danışırdı”, - baş nazir feysbuk şəbəkəsində yazıb.

Daha əvvəl isə Ukraynanın xarici işlər naziri Pavel Klimkin jurnalistin qətlində Kremlin iştirakı haqqında versiyanı səsləndirib. O qeyd edib ki, Babçenko təhdidlərə görə Rusiyanı tərk etməyə məcbur olmuşdu.

"O, demokratik Rusiya üçün mübarizə aparırdı və əlbəttə, Moskva onu düşməni hesab edirdi”, - Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Klimkin bildirib.

Eyni zamanda, Rusiyanın Xarici İşlər Nazirliyi jurnalistin qətlini Ukraynada "ümumi cəzasızlıq” atmosferi ilə bağlı olduğunu açıqlayıb.

Xatırladaq ki, ötən gecə Kiyevdə yerli ATR telekanalının aparıcısı olan Rusiya vətəndaşı Arkadiy Babçenko qətlə yetirilib. Hadisə Kiyevin Dneprovsk rayonunun Nikolsko-Slobodskaya küçəsində baş verib. "102” "qaynar xətti”nə daxil məlumata əsasən, qadın ərini mənzilinin qarşısında ağır yaralı vəziyyətdə görüb. 42 yaşlı kişi bel nahiyəsindən aldığı ağır xəsarətdən keçinib.

ATR telekanalının baş direktorunun müavini Aydər Mucabayev jurnalistin naməlum şəxs tərəfindən mənzilinin qarşısında güllələnərək qətlə yetirildiyini bildirib.

Babçenko Rusiyanın bir neçə tatınmış nəşrində ("Komsomolskaya Pravda”, "Novaya qazeta”) və telekanalında ("Pervıy Kanal”, "ТВЦ”) hərbi müxbir kimi çalışıb. Jurnalist 2016-cı ilin sonunda Rusiyadan Ukraynaya köçüb, Kiyevdə ATR telekanalının yayımladığı "Prime: Babçenko” proqramının aparıcısı olub.

Jurnalist Çeçenistan, Cənubi Osetiya və Donbasdakı münaqişələri işıqlandırırdı. Son illərdə Babçenko Rusiya hakimiyyətini fəal tənqid edirdi. 2012-ci ildə Rusiyada ona qarşı cinayət işi açılmışdı. Jurnalisti kütləvi qarışıqlıqlara çağırışlarda ittiham edirdilər.publika

İcmal.Az

RƏYLƏR