ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində, "Planet Hollywood" kazino-otelində "Miss Universe 2017" gözəllik müsabiqəsi başa çatıb.
Dünyaca məşhur teleaparıcı Stiv Harvinin "moderator" olduğu şouda müsabiqənin qalibləri bəlli olub.
Əsas mükafat və "Miss Kainat" titulu Cənubi Afrika Respublikasını təmsil edən 22 yaşlı Demi-Li Nel-Pitersə verilib. O, tacı "Miss Kainat-2016" titulunun sahibəsi, fransız Ayris Mittenardan alıb.
Kolumbiyalı Laura Qonsales 2-ci, yamaykalı Davina Bennett 3-cü yeri tutub.
Bu il "Miss Universe" gözəllik müsabiqəsinə 92 ölkəni təmsil edən xanımlar qatılmışdılar. Sözügedən rəqəm şounun tarixində rekord sayılır.
Demi-Liyə mükafat qismində gələn il yeni "Kainat gözəli" seçilənədək 12 ay ərzində yüksək maaş, Nyu-Yorkda lüks mənzil, avtomobil və s. verilib./milli
İcmal.Az



Videonu izləmək üçün şəklə klikləyin:



























