“Kamillik zirvəsi” adlı sənədli filmin növbəti təqdimatı keçirildi

OXUNUB: 1051 QHT

17 noyabr 2018-ci il tarixdə Suraxanı Gənclər Evində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Təkan” Tələbə Gənclərin İctimai Birliyi tərəfindən "Kamillik zirvəsi” adlı sənədli filmin növbəti təqdimatı keçirildi.

Təqdimatda 70-dən artıq yeniyetmə və gənc iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova açaraq iştirakçıları təqdimatla bağlı məlumatlandırdı. Daha sonra çıxış üçün sözü "Təkan” Tələbə Gənclərin İctimai Birliyinin üzvü, filmin ideya müəllifi Elşən Hüseynova verildi. O, "Kamillik zirvəsi” adlı sənədli filmin çəkilməsinin məqsədi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Daha sonra çıxış üçün söz yazıçı-publisist Zöhrə Əsgərovaya verildi. O, da öz növbəsində filmin ideya və məzmunu haqqında bir sıra məqamları gənclərin nəzərinə çatdırdı. Daha sonra tədbir iştirakçılarına "Kamillik zirvəsi” adlı sənədli film nümayiş etdirildi.

Sənədli filmin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Filmə tamaşa edən tələbələr tərəfindən qaldırılan problemlə bağlı suallar verildi, fikir mübadiləsi aparıldı.




RƏYLƏR