"KARACA"dan ƏDV təxribatı: MÜŞTƏRİLƏR BELƏ ALDADILIR

OXUNUB: 319 Özəl İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, Bakıda fəaliyyət göstərən məşhur mağazalar şəbəsi olan "KARACA' bu dəfə İqtisadiyyat nazirliyinə qarşı çıxıb. Belə ki, bayram günlərində bol alverin olmasını nəzərə alan mağazalar şəbəsi "texniki problem" adı altında ƏDV çeklərinin verilməsini dayandırıb. Redaksiyamıza daxil şikayətdə müştəri "KARACA"nın ƏDV maxinasiyasını faktlarla ifşa edib. Məhəmməd Hadi küçəsi 22 ünvanda yerləşən filialdan iki yüz manatdan çox çeşid alan müştəri ƏDV geri al xidmətindən yararlanmaq istəsə də, "texniki problem" adı altında satıcılar bundan yayınmağa çalışıblar. Müştəri ƏDV-ni geri almadığı təqdirdə məhsulları qaytaracağını deyəndə isə, satıcı "gün ərzində sizə göndəriləcək" deməklə daha bir yalana imza atıb. Vəd edilən zaman bitsə də mağaza müştəriyə lazım olan məlumatları göndərməyib. 
Məlumat üçün qeyd edək ki, KARACA MAĞAZALAR ŞƏBƏKƏSİ 30-dan çox dünyanın tanınmış markalarının məhsullarını Azərbaycan istehlakçılarına təqdim edən mağazalar şəbəkəsidir. Gündəlik dövriyyəsi kifayət qədər olan şəbəkənin ƏDV-ləri geri verməkdən boyun qaçırması təkcə istehlakçıların hüquqlarının pozulması deyil, eyni zamanda, maliyyə pozuntusudur. Məsələ ilə bağlı aidiyyatı qurumlara sorğular göndəriləcək. 
Məlumat üçün qeyd edək ki, KARACA-nın yarasız məhsulları ilə bağlı şikayət edənlərin sayı günbəgün artmaqdadır. Bundan öncə də, Nəsimi rayonu M.Mirqasımov 21 ünvanında yaşayan Məsmə Əliyeva şikayət məktubu ünvanlamışdı. Şikayətçinin sözlərinə görə 04.10.2023 cü il tarixində Bakı şəhər Nəsimi rayon filialı, Azadliq 99 ünvanda  yerləşən "Karaca"magazasından 195 AZN-lik "Kenwood" markalı şirəçəkən maşın alıb. İstifadə zamanı məhsulun yararsız olduğunu görüb. Mağaza isə məhsulu dəyişməkdən imtina edib. 
7NEWS.az
 
 

 

RƏYLƏR